"Squid Game"i ölkəyə gətirən şagird ölüm cəzasına məhkum edilib

25 Noyabr 2021 16:38 (UTC+04:00)

Şimali Koreyada orta məktəb şagirdi “Netflix”in rekord qıran “Squid Game” serialını ölkəyə gətirdiyinə görə ölüm cəzasına məhkum edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, güllələnərək cəzalandırılacağı öyrənilən tələbə Cənubi Koreya serialını yaddaş kartı vasitəsi ilə Çindən gətirib. Ardından həmin insan bu serialı tələbələrə satdıqdan sonra ölkənin müşahidə kameraları tərəfindən izlənilərək saxlanılıb.