Qarabağdakı vəziyyət ATƏT XİN rəhbərləri Şurasının iclasında müzakirə olunacaq

25 Noyabr 2021 15:28 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 2-3-də Stokholm şəhərində keçiriləcək 28-ci iclasında iştirak edəcək. SİA xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

İclas zamanı təşkilatın hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahələr üzrə perspektivləri, ATƏT məkanında mövcud olan münaqişələrin həllinə dəstək məsələsi, həmçinin Qarabağdakı vəziyyət müzakirə olunacaq.

“Müzakirələrin etimad mühitinin və dialoq mədəniyyətinin bərpasına, təşkilatın transmilli cinayətkarlıqla mübarizə profilinin yüksəkdilməsinə və aktual məsələlər üzrə konsensus yanaşmasının işlənib hazırlanmasına töhfə verəcəyini gözləyirik”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi deyib.