Nazir müavini verilən möhlətin şərtlərini açıqlayıb

25 Noyabr 2021 12:36 (UTC+04:00)

Təhsil Nazirliyi təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtlərini açıqlayıb. SİA xəbər verir ki, təhsil nazirinin müavini İdris İsayev TTK-nin verilməsi ilə bağlı keçirilən brifinqdə kreditlərin qaytarılması zamanı möhlət veriləcəyinin mümkün olduğunu deyib.

O bildirib ki, TTK dövründə aşağıdakı hallar baş verərsə, TTK-nın qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:

- Yuxarı təhsil səviyyəsində əyani təhsil

-həqiqi hərbi xidmət,

- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),

- işləyən borcalanın münasibətdə hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti

Ruqəyya Orucova