İdmançımız Rusiyada keçirilən turnirdə birinci yer tutub

25 Noyabr 2021 12:33 (UTC+04:00)

Cəlilabadlı idmançı Namaz İbişov Rusiyanın Saratov şəhərində keçirilmiş karate üzrə "Olimpiya ümidləri" regionlararası turnirində uğurla çıxış edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Namaz İbişov beynəlxalq turnirdə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.