İçməli suyun verilməsində məhdudiyyətlər olacaq - XƏBƏRDARLIQ

25 Noyabr 2021 11:36 (UTC+04:00)

Bakının iki rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-dən SİA-ya bildirilib ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar noyabrın 25-də gün ərzində Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.