Kömür mədənində partlayış baş verib

25 Noyabr 2021 10:53 (UTC+04:00)

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki “Listvyajnaya” kömür mədənində partlayış baş verib. SİA xəbər verir ki, hadisənin kömür tozunun yanması nəticəsində baş verdiyi ehtimal olunur. Qəza nəticəsində 1 nəfər həlak olub, 43 nəfər yaralanıb. Şaxtada olan 285 nəfərdən 236-sı təxliyə edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri həyata keçirilir.