İtkin düşmək, tək yaşamaq istəyi, yoxsa azadlıq? - DİN RƏSMİSİ AYDINLIQ GƏTİRDİ

25 Noyabr 2021 10:28 (UTC+04:00)

"Xəbərsiz itkin düşmə hallarının ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır". Bu barədə SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi maşahidə edilmir.

Onun sözlərinə görə, bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar var: "Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”.

E.Hacıyev əlavə edib ki, valideynlər diqqətli olmalıdır, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz: “Çünki sosial şəbəkələr var, dövr fərqlidir - təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır”.

Ayşən Vəli