Avtomobil qəzasında 2 nəfər yaralanıb - FOTO

25 Noyabr 2021 10:18 (UTC+04:00)

Kürdəmir rayonu ərazisində avtomobil qəzası baş verib, yaralananlar var. SİA-nın verdiyi məlumata görə, hadisə gecə saat 2 radələrində Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ 21011” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən ona arxadan gələn “Mercedes” markalı minik maşını çırpılıb. Nəticədə “VAZ 21011”–də olan sürücü və sərnişin Şəki rayon sakinləri 33 yaşlı Salmanov Röyal Salman oğlu və 43 yaşlı Abdurahmanov Ramin Məmmədsan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.