Bakıda əsas magistrallarda sürət həddi endirildi - DİQQƏT!

25 Noyabr 2021 09:15 (UTC+04:00)

Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agnetliyinə (BNA) istinadən xəbər verir. "Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər həmçinin meterioloji amilləri nəzərə alsınlar", - BNA-dan bildirilib.