Bakıda yol qəzası sıxlığa səbəb olub

25 Noyabr 2021 08:41 (UTC+04:00)

Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin törətdiyi yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Sıxlıq bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.