Kömür mədənində partlayış baş verib...

25 Noyabr 2021 08:36 (UTC+04:00)

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki "Listvyajnaya" kömür mədənində tüstülənmə baş verib.

SİA xəbər verir ki, bundan bir neçə dəqiqə sonra mədəndə partlayış haqqında məlumat daxil olub.

Nəticədə azı 15 nəfər tüstüdən zəhərlənib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı mədəndə 287 nəfər olub. Xilasetmə qüvvələri onların təxliyyəsini həyata keçirir. Hazırda mədəndə 115 nəfərin qaldığı bildirilir.