Kürdəmirdə avtomobil qəzası baş verib...

25 Noyabr 2021 06:09 (UTC+04:00)

Bakı-Qazax yolunun Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində yol qəzası qeydə alınıb.

SİA APA-ya istinadən xəbər verir ki, ”VAZ 21011” markalı avtomobil hərəkətdə olarkən ona arxadan gələn “Mercedes” markalı minik maşını çırpılıb.

Nəticədə “VAZ 21011”in sürücüsü, Şəki rayon sakinləri 33 yaşlı Salmanov Röyal Salman oğlu və sərnişin, 43 yaşlı Abdulrahmanov Ramin Məmmədhəsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.