Daha iki terrorçu zərərsizləşdirilib

25 Noyabr 2021 00:51 (UTC+04:00)

İraqın şimalında "Pençe-Kaplan" əməliyyatı bölgəsində terror təşkilatı PKK üzvü 2 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında yer alan paylaşımda "Terrorçulara qarşı mübarizəmiz təsirli və qətiyyətlə davam edir! İraqın şimalındakı "Pençe-Kaplan" əməliyyatı bölgəsində təcavüz atəşinə atəş dəstək maşınları ilə cavab verən əsgərlərimiz 2 PKK terrorçusunu zərərsizləşdirdi" deyilib.