“Qızıl oğlan” mükafatının qalibi bəlli oldu

24 Noyabr 2021 23:27 (UTC+04:00)

2021-ci təqvim ili üzrə ilin ən yaxşı gənc oyunçusuna verilən “qızıl oğlan” (Golden boy) mükafatının qalibi məlum olub.

SİA xəbər verir ki, bu ada İspaniya millisinin və "Barselona"nın futbolçusu Pedri layiq görülüb.

Bu mükafat Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur.