Dünyada ən çox "uşaq əsgər" Qərbi və Orta Afrika ölkələrindədir. SİA bu barədə türk mətbuatına istinad edir.
Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu - UNİCEF Qərbi və Orta Afrika Ölkələri üzrə bölgə direktoru Mari-Pyer Puarye (Marie-Pierre Poirier) Qərbi və Orta Afrika ölkələrində uşaqların hökumət qüvvələri və silahlı qruplar tərəfindən qarşıdurmalara daxil edildiyinə diqqət çəkərək deyib: “Vəziyyət narahatlıq verir. Son 5 ildə silahlı qarşıdurmalara daxil edilən uşaq sayı artmaqdadır. Adı çəkilən dövrdə 21 min uşaq qarşıdurmalara cəlb edilib, 2 mindən çoxu cinsi zorakılığa məruz qalıb, 3500-dən çoxu qaçırılıb və bu rəqəmlər bölgəni dünyada ikinci sırada edib”.
Qeyd edək ki, qarşıdurmalar üzündən uşaqların ən çox olduğu ölkələr Burkina Faso, Kamerun, Çad, Kongo, Mali, Mavritaniya və Nigerdir.