Məşhur cütlük boşanma iddialarına cavab verdi

24 Noyabr 2021 10:03 (UTC+04:00)

Məşhur türk aktrisa Fahriye Evcen və Burak Özçivit 29 iyun 2017-ci ildə evləniblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar 2019-cu ilin aprelində oğulları Karanın doğumu ilə evliliklərini taclandırıblar.

Ötən günlərdə cütlüyün xoşbəxt evində böhran yaşandığı və boşanmaq üçün məhkəməyə müraciət edəcəkləri bildirilib.

Cütlük ötən gün oğulları Karan ilə Nişantaşıda olub. Onlar boşanma şayiələrini təkzib ediblər. Burak Özçivit “Xəbərə güldük” deyəndə gərgin və əsəbi görünüb.

Ayşən Vəli