Banklar yazılı icazə almalıdır

24 Noyabr 2021 10:01 (UTC+04:00)

Banklar kriptovalyuta ilə bağlı müəyyən fəaliyyətlərlə məşğul olmazdan qabaq yazılı icazə almalıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Valyuta Nəzarətçisinin Ofisi (OCC) açıqlamasında bildirib.

Açıqlamada qeyd olunub ki, müştərilər kripto aktivləri üçün saxlama xidmətləri göstərmək kimi fəaliyyətlərlə məşğul olmadan əvvəl banklar müvafiq risk idarəetmə sistemlərinə və nəzarətlərinə malik olduqlarını nümayiş etdirə bilməlidirlər. Açıqlamada qeyd olunub ki, banklar müəyyən kriptovalyutalar, paylanmış kitablar və stabilkoinlərlə məşğul olmamışdan əvvəl öz niyyətləri barədə nəzarət orqanlarına məlumat verməli və yazılı icazə almalıdırlar. ABŞ Federal Ehtiyat Sistemi, Federal Əmanətlərin Sığortalanması Korporasiyası birgə bəyanat yayıb. Tənzimləyicilərin birgə bəyanatında qeyd olunub ki, gələn il bankların kriptovalyuta bazarında hansı fəaliyyətinə qanuni olaraq icazə veriləcəyinə daha çox aydınlıq gətirilməsi planlaşdırılır.