Kutaisidə "boqatır" anadan olub

24 Noyabr 2021 08:05 (UTC+04:00)

Gürcüstanın Kutaisi şəhərində çəkisi 5 kq-dan çox olan oğlan uşağı dünyaya gəlib, ana və körpənin vəziyyəti yaxşıdır.
Bu barədə “Beaumond” klinikasının mətbuat xidməti məlumat yayıb. 5,1 kq çəkisi olan balaca Musa hamiləliyin 36-cı həftəsində dünyaya gəlib. Uşağa dərhal "Goliath" adı verildi.

Uşağın anası doğuşu həyata keçirən mama həkiminə, eləcə də klinikanın bütün əməkdaşlarına göstərdikləri diqqətə, dəstəyə və peşəkarlığa görə minnətdarlığını bildirib.

Nazlı