Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

23 Noyabr 2021 18:05 (UTC+04:00)

Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, o, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, noyabrın 26-da Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı F.Xəlilovun 75 yaşı tamam olur.