2 yaşlı uşaq, atasını öldürdü

23 Noyabr 2021 16:55 (UTC+04:00)

ABŞ-ın Missuri ştatında 2 yaşlı uşaq silahı əlinə aldıqdan sonra atasını kürəyindən güllələyərək onu öldürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə şənbə günü baş verib.

Polis qrupları hadisənin necə baş verdiyini araşdırır. Ekspertiza zamanı hadisənin əksi sübut olunarsa, hadisə zamanı evdə olan qadın da şübhəli olaraq nəzarət altına alınacaq.