Uşaqların gözü qarşısında valideynləri qətlə yetirildi

23 Noyabr 2021 16:36 (UTC+04:00)

İngiltərənin Taunton şəhərində yaşayan Stiven və Cenni Çapl cütlüyü evlərində ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün meyitlərini tapan məhəllə sakini onların bədənlərində yaraların olduğunu müəyyən edib. Hadisə yerinə gələn polis dəhşətli həqiqəti üzə çıxarıb. Qətl cütlüyün 4 və 7 yaşlı uşaqlarının gözü qarşısında törədildiyi müəyyən edilib. Digər tərəfdən, uşaqların sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib. Hadisənin dayanacaqda dava zəminində baş verdiyi iddia edilir. Başda Cenni olmaqla talehsiz cütlüyün yaxınları onun çox mehriban və yaxşı ürəkli olduğunu bildirib və baş verənlərdən məyus olduqlarını bildiriblər. Hadisədən 67 yaşlı kişi və oğlu şübhəli bilinərək həbs edilib.