Ankarada keçiriləcək görüşlərdə bunlar müzakirə olunacaq

23 Noyabr 2021 14:16 (UTC+04:00)

Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyan prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək. Ankarada keçiriləcək görüşlərdə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər bütün ölçüləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın inkişafı üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlər zamanı aktual regional və beynəlxalq problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.