Tramp Konqresdə taekvondo paltarı geyinəcəyini vəd etdi

23 Noyabr 2021 14:07 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp uduzduğu prezident seçkilərindən sonra hər fürsətdə 2024-cü il seçkilərində yenidən namizəd olacağını deyir. SİA xarici mətbuata istnadən xəbər verir ki, Tramp bu niyyətini bir daha bəyan edib.

Sabiq prezident döyüş sənətinə marağına görə taekvondo üzrə fəxri qara kəmərə layiq görülüb. Beləliklə, Tramp ən yüksək səviyyə olan 9-cu Dan qara kəmərini alıb. Fəxri kəmər və sertifikatı keçən cümə günü Cənubi Koreyanın Seul şəhərində yerləşən Dünya Taekvondo Akademiyasının prezidenti Li Donq Seop Trampa təqdim edib. Floridadakı Mar-a-Laqo malikanəsində təşkil edilən mərasimdə kəmərlə poza verən Tramp, "Bu fəxri sertifikatı almaq mənim üçün həzz və şərəfdir. Taekvondo indiki dövrdə özünümüdafiə üçün böyük döyüş sənətidir"- deyə bildirib.

2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən prezident seçiləcəyi təqdirdə Konqresdə taekvondo paltarı geyinəcəyini vəd edən Tramp Lini ABŞ-da taekvondo şousu göstərməyə dəvət edib.