ABŞ-ın Viskonsin ştatında avtomobilini izdihamın üzərinə sürərək 5 nəfəri öldürən, 40-dan çox adamı isə yaralayan Darrell Brooks birinci dərəcəli cinayətdən mühakimə olunacaq. Bazar günü (noyabrın 21-i) Vaukeşada Milad paradında toplaşanların üzərinə avtomobili sürən Brooksa qarşı beş ittiham irəli sürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Waukesha polis rəisi Den Tompson keçirdiyi mətbuat konfransında 39 yaşlı Brooksun təkbaşına hərəkət etdiyini və hadisənin terrorla heç bir əlaqəsinin olmadığını bildirib.
Thompson Darrell Brooks-un beş maddə üzrə birinci dərəcəli qətldə ittiham ediləcəyini bildirilib.