Cumbre Vieja vulkanının sönməsi gözlənilmir

23 Noyabr 2021 10:28 (UTC+04:00)

İspaniyada La Palma vulkan fəlakəti artıq iki aydır ki, davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Cumbre Vieja vulkanından gələn lavanın 4-cü qoldan dənizə axmağa başladığı xəbəri yayılarkən bölgədə komendant saatı elan edilib.

Həmçinin, qaz tullantıları səbəbindən insanlara pəncərə və qapıları açılmamaq tövsiyə olunub. Adanın tarixində ən uzun aktiv vulkan olaraq tarixə düşən Cumbre Vieja vulkanının sönməsi gözlənilmir.