Bir çəllək çaxır 800 min avroya satılıb

23 Noyabr 2021 02:34 (UTC+04:00)

Fransada "Fransua Frere"nin hazırladığı 1 çəllək çaxır 800 min avroya satılıb.

SİA xarici mətbuata istinadən bildirir ki, çaxır 2021-ci ilin istehsalıdır.

Bu şərabı xüsusi edən faktorlardan biri də onun 228 litrlik, palıddan olan çəlləkdə hazırlanmasıdır.