Tom və Cerrinin əsl adları açıqlanıb

22 Noyabr 2021 20:02 (UTC+04:00)

Uşaqların yaddaşına həkk olunan cizgi filmi personajları arasında yer alan Tom və Cerrinin əsl kimlikləri üzə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir-birinə düşmən olan Tom və Cerrinin əsl adları Tomas Cesper Cat Sr. və Cerald Jinks Mausdur. Tom və Cerrinin tam adları "Warner Bros" tərəfindən hazırlanmış “MultiVersus” oyun platformasında yer alıb. Çox sayda personajın yer alacağı “MultiVersus” 2022-ci ildə ekranlara çıxacaq.