Çin kömür ehtiyatını artırır

22 Noyabr 2021 18:41 (UTC+04:00)

Dünyanın yeraltı sərvətlərinin mühüm müştərisi olan Çin son illərdə mədən və kömür ehtiyatı toplamağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ÇİN Milli İnkişaf və İslahatlar Komissiyası noyabrın 20-nə Çinin elektrik stansiyalarında yığılan kömürün 143 milyon tona çatdığını bildirib. Son illərdə qızıl, nikel, xrom kimi qiymətli və əhəmiyyətli metalları ehtiyatda saxlamaq siyasətini qəbul edən Çin bu üsulla dünya qiymətlərini artırır.