Xocavənd ərazisində silah-sursat və mobil telefon tapılıb

22 Noyabr 2021 17:28 (UTC+04:00)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən silah-sursat və 2 ədəd mobil telefon tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd yanmış vəziyyətdə olan DŞK pulemyotu, 4 ədəd “AK” markalı avtomat, 5 ədəd patron darağı, 1 ədəd “Faqot” tipli raket, 4 ədəd qumbaraatan mərmisi, 2 ədəd minaatan mərmisi, 2515 ədəd müxtəlif çaplı patron, 1 ədəd kimyəvi elektron qurğu, 4 ədəd alışdırıcı və 2 ədəd mobil telefon tapılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.