QARAQULAQ (hekayə)

22 Noyabr 2021 11:12 (UTC+04:00)

HÜMBƏT HƏSƏNOĞLU

Hərbi komandir olan xalam oğlunu layiq görüldüyü döyüş medalı münasibətilə telefonda təbrik etdim və sözgəlişi soruşdum:

– Kəndimizə bizi nə vaxt aparacaqsan?

O, kiçik ara verib dedi:

-Səhər tezdən gedirəm kəndə, ancaq təkrar Bakıya qayıtmalıyam, istəsən, birisi gün gedək.

…Yoldayıq, 28 il həsrətini çəkdiyimiz yolda! Qabaqda, sürücünün yanında oturan xalam oğlu yol boyu ətrafda baş vermiş döyüşlərdən, əsgərlərimizin misilsiz şücaətlərindən söhbət açır. Onun həyəcanlı səsindən hiss edirəm ki, olmuşları o, təkrar yaşayır və beynində səslənən atəş səslərini üstələmək üçün özündən asılı olmayaraq mənimlə hündürdən danışır. Arada susur, ətrafa baxıb, xeyli fikrə dalırdı. Başa düşürdüm ki, bu anlarda o, itirdyi əsgər yoldaşlarını düşünür, hər birini xəyaləndirildir və onlarla söhbətləşir. Söz yox ki,bu müharibə, onun əsgərləri iğid zabitimizin yaddaşında ömrü boyu, daim yaşayacaq…

Məni də xatirələr çulğalayır, xəyalımda kəndimizi,hələ də yerində olduğu kimi qalan obamızı canlandırıram. Hərçənd ki, artıqviran qalmış kəndimizin, hətta yerlə yeksan edilmiş qəbristanlığımızın videosuna baxmışdım.

Kəndimizlə bağlı bir xatirəmi bütun ötən illər ərzindəiçimdəürək ağrısı ilə yaşatmışam…

…Bibim oğlu ilə eyni yaşda idik, bir sinfə gedirdik. Bir dəfə yenə dərsdən sonra yolumu onlardan salmışdım.Çoxdan doğmuş itlərinin küçüklərini mənə göstərmək istəyirdi.Küçüklər çox gülməli idilər, bir-birilə güləşir, guya boğuşurdular.Onların oyunlarına xeyli maraqla tamaşa etdim.Evimizə getmək istəyəndə küçüklərdən biri arxamca düşdü.Onu götürüb geri, “qardaşlarının” yanına qoysam da, təkrar dalımca düşdü. Bibim oğlu dedi ki, bura çox adam gəlib, ancaq onlar heç kəsin arxasınca düşməyiblər, bu küçük səni özü seçdi. Apar, həyətdə itiniz yoxdur, bir-birinizə həyan olarsınız.

Küçük dalımca gəldi.Evimiz yaxın idi. Küçük özüağ olsa da, sol qulağı qara idi. İlk ağlıma gələn ad “Qaraqulaq” oldu.

Həyətimizdə küçüyü görən babam mənə dedi ki, bu həyətdəəvvəllər də buna bənzər it olub, onun da sol qulağı qara idi, elə ona da “qaraqulaq” deyirmişlər. Babama həmin it haqda suallar verdim. O, fikrə getdi və dedi:

– Bala, it ömrü uzun olmur. İtlər uzağı 15-20 il yaşayırlar. Onlara vərdiş edirsən, ailənin elə bilbir üzvü olur, sonra əcəlləri iləölsələr də belə, ağır hisslər keçirirsən.Elə bu səbəbdən də, daha it saxlamırıq.

Babamla söhbətə nənəmi də cəlb edəndən sonra itin qalmağına razılıq aldım.Nənələr həmişə nəvələrinin tərəfində olurlar axı?!

İtlə dostlaşdım.Dərsdən sonra günüm onunla keçirdi.Hətta mənisözsüz də başa düşürdü.Hər gün məni məktəbə qədər yola salıb, geri qayıdırdı.

Birinci Qarabağ müharibəsi zamanı camaatımıza tez bir zamanda, təcili çıxmaq göstərişi gələndəözümüzü itirdik.Bu qərarı müvəqqəti sayırdıq, tezliklə qayıdacağımıza inanırdıq.Sovet İttifaqının hələ güclü olduğuna ümidi olanlar da çox idi. Şayiə də gəzirdi ki, rayonda çoxlu yeyinti olub, özümüzünkülər erməniləri rayonabir-iki günlükqəsdən buraxacaqlar, sonra onları qovub itkiləri dəüzərlərinə yıxacaqlar…Hamıçaşqınlıq içində idi.Mənim isə dərdim Qaraqulaq idi.

Atam dedi ki, iti götürə bilmərik, Sumqayıtda yaşayan qardaşıgilə, mənim əmimgilə gedəcəyik, onlar da bina evində yaşayırlar, 4-cü mərtəbədə.

– İt qoy qalsın.Ancaq bağlı qoyma, yanına çoxlu yemək qoy, suyunu da bol elə. Narahat olma, qayıdacayıq, - söylədi atam.

Demək asandır, indi o sevimli itdən aralan, görüm, necə aralanırsan?!

Qaraqulaq elə bil hər şeyi başa düşmüşdü və təlaş içində məndən bir addım da kənara çəkilmirdi.Elə hey ayaqlarıma sürtünür, əllərimi yalayırdı.Nəsə düşünməli idim.Bibim oğlunun maşını bizdən bir neçə saat sonra çıxmalı idi.Ondan xahiş etdim ki, mən iti evə salıb qapını bağlayım, sən isə bizim maşın yola çıxandan bir müddət sonra iti açıb buraxarsan.

Qaraqulaq elə bil mənim fikrimi anlamışdı, evə dalımca girmək istəmirdi.Güc-bəla ilə onu qucaqlayıb içəri saldım. Onun qapı arxasından zingiltili hürməyini o vaxta qədər heç eşitməmişdim…

Yolda bizəçatmış bibim oğlundan məndən sonra olanları soruşdum. Dedi ki, ilk dəfə idi ki, dəli olmuş it görürdüm. O, qaçaraq, dayanmadan səni hər yerdə axtarır, arada da hər birimizin üzünə baxıb elə bil səni soruşurdu. Qısa bir vaxtda sənin ola biləcəyin hər yerə baş vurdu. Bir müddət maşınımızın da arxasınca qaçdı, amma görünür səni tapmaq və tək qoymamaq ümidi ilə geri döndü.

10 gündən sonra atam dedi ki, ermənilər hələ bizim kəndə girməyiblər, qayıdıb əşyalarını götürənlər də var, biz də gedək, maşın danışmışam. Atam kirayə həyət evi danışmışdı və itimi də gətirəcəyiməçox ümüdli idim.Qaraqulaqdan üzr istəmək, onun könlünü almaq üçün yüz cür şey düşünmüşdüm.Onun üçün çoxlu sovqat da hazırlamışdım.

Maşın evimizin yanına çatan kimi maşından sıçrayıb düşdüm.Qaraqulaq görünmürdü.Onun üçün düzəltdiyim daxması da boş idi. Onun adınıçəkə-çəkə həyətdə ora-bura qaçır, onu axtarırdım. Atam dedi ki, görünür, başqa itlərə qoşulub qaçıb. Və mənəevşeyləri ilə bağlı tapşırıqlarını verdi. Əşyalarımızın bəzilərini daşıya-daşıya gözlərimətrafda və qulaqlarım səsdə idi. Növbəti dəfə evdən çıxanda Qaraqulağı evimizdən bir az aralı dayanan gördüm və sevincək tez ona tərəf qaçdım. Amma itim mənə tərəf deyil, məndən əks tərəfə qaçdı.Mən dayananda o da dayandı. Arıqladığı hiss olunurdu, korluq çəkdiyi aydın görünürdü. O, quyruğunu bulamadan lal-dinməz mənə baxırdı.

– Qaraqulaq, mənəm, tanımadın?..

İtdən heç bir səs çıxmırdı.Mənim ona tərəf atdığım addımın sayı qədər də o məndən uzaqlaşır, amma qaçıb getmir, sadəcəüzümə baxırdı.

Axı, mən ona çoxlu yemək gətirmişəm, – birdən yadıma düşdü! Qaçıb maşından onun üçün hazırladığım yeməkləri gətirdim, çox sevdiyi “doktorski”

kolbasasnıdoğranmış halda gətirdiyim bağlamanınüstünə qoydum. İt kolbasaya gözünün ucu ilə belə baxmadı, yalnız mənim gözlərimə baxırdı…Mən oradan azca aralandım ki, bəlkə mənsiz yeməyə yaxınlaşa? Qaraqulaq yerindən qımıldanmadı da! O, məndən küsmüşdü və mənim yalvarışlarıma baxmayaraq, məni bağışlamamaqda israrlı idi.

Biz yola düşəndə maşının üstünəçıxdım, son dəfə ona baxdım.Maşın uzaqlaşanda, o, yemək dolu bağlamanın yanından saymazyana keçib öz daxmasının yanında dayandı və bütün vücudu ilə mənə göstərdi ki, o heç vaxt buraları tərk etməyəcək və evi də qorumaqda davam edəcək.

…Xalam oğlunun səsi məni elə bil yuxudan oyatdı:

– Bax, bura sizin evin yeridir…

Rastlaşdığım mənzərə acınacaqlı idi, daxilən buna hazır olsam da, gördükləriməçox məyus oldum.Bu səssizlikdəən böyük mükafatım itimin səsi olardı, amma itlər bizim kimi uzunömürlü olmurlar.Allahın onlara verdiyi böyük lütfdür ki, onlar öz sahiblərinin ölümünü görmürlər.Ancaq təəssüf ki, çox zaman itlər insanların onlara xəyanətlərinin şahidi olurlar.

Xalam oğlundan xahiş etdim ki, qəbiristanlığa və böyük kəhrizimizə başçəkək. Qəbiristanlıqda bütün ölənlərimizin ruhu üçün dua oxudum.Qəbir daşlarını sındıranları Allaha tapşırdım. Cəzaların dəqiq ünvanını O, yaxşı bilir! Şəhidlərimiz üçün də dua etdim.Kəhrizin başında əsgərləri gördüm, hər birini qucaqladım, onlara dərin minnətdarlığımı bildirdim.Məhz onlar üçün gətirdiyim sovqatları payladım.Baxımsız qalan kəhrizin buz kimi suyundan uşaq vaxtında olduğu kimiuzanıbdoyunca içdim.

Bir də gördüm ki, kəhrizə yaxın bir kolun dibində küçüklər oynaşır. Əsgərlər dedilər ki, hər gün onları yedizdirirlər. Küçüklərə yaxınlaşdım. İstənilən heyvanın balalarıçox maraqlı, gözəl olurlar. Küçüklərə də gətirdiyim yeməli şeylərdən verdim, buna onlardan daha çox əsgərlər sevindilər.

Mən getmək istəyəndə kolun dibindən bir küçük dəçıxdı və hamıya bir-bir yaxınlaşandan sonra gəlib mənim üzümə baxdı və heç kimin gözləmədiyi halda çənəsini ayaqqabımın üstünə qoydu. Küçüyə baxdım, onun sol qulağı qara idi… Onu qucağıma aldım, əsgərlərdən onu özümlə götürməyi xahiş etdim, hamısı bir ağızdan buna yalnız sevinəcəklərini dedilər.

Maşına yaxınlaşanda xalam oğlu soruşdu:

– Fikrin nədir?

Dedim:

– Komandir, bu mənim itimdir, adı da Qaraqulaqdır. Mən kəndimizə bu itlə dönəcəyəm.

Və başımı əyib, qucağımda oturmuş küçüyün məsum gözlərinə baxıb pıçıldadım:

– Qaraqulaq, daha səni heç vaxt tərk etməyəcəyəm, heç vaxt!..

Sentyabr 2021-ci il