Alın yazısı rəssamlıq və şairlik olan xanım

22 Noyabr 2021 10:57 (UTC+04:00)

Tanınmış şairə, çox yaxşı təşkilatçı insan, “Azad qələm” jurnalının baş redaktoru Nəcibə İlkin bir xanımın şeirlərini və haqqında qısa məlumatı mənə göndərdi ki, onları qəzetlərdə, saytlarda çap etdirim. Həmin şeirləri və haqqında qısa məlumatı mənə göndərəndə belə yazmışdı: “Ağalar müəllim, bu xanım çox istedadlı insandır, amma lazım olan kimi qiymətini almayıb. Xahiş edirəm ona kömək eləyin. Belə istedadlı şəxsiyyəti xalqımız hökmən yaxşı tanımalıdır”.

Mən onun haqqında yazılan annatasiya-qısa arayışla tanış oldum və olduğu kimi bura yazıram.

Xalidə Hicran Seyidova 29 noyabr 1954-cü ildə Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbində, 1977-1982-ci illərdə Mirzə Ağa Əliyev adına Azərbaycan Dölət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Anası orta təhsilli, atası ali təhsilli olub. Amma onların elmə olan marağı ailədə bütün ovladlarına elmə yiyələnməkdə böyük təsir edib.

Rəssamlığa başladığı ilk illərdən Xalidə Hicranın ( Seyidovanın) əsərləri, əl işləri Azərbaycanda, keçmiş Sovetlər Birliyinin respblikalarında və xariici ölkələrdə sərgilənib. O, rəssamlıq sənətinin hər sahəsində özünü sınayıb. Qobolenlə, yağlı boya ilə, akvarellə, taxta üzərində işləməklə və sairə sahələrdə.
Xalidə xanım 1979-cu ildə rəssam, heykəltaraş Hicran Seyidovla ailə həyatı qurub və onların üç qız övladları var. Hər üçü də ali təhsillidir. Xarici ölklərdə təhsil alıblar.

Xalidə xanım ali təhsil alandan cəmi dörd il sonra, yəni 1986-cı ildə SSRİ Rəssamlar İttifaqına qəbul olub.
Onlar həyat yoldaşı, rəhmətlik Hictran Seyidovla 1980 - ildə böyük ölçülü Qobelen toxumaq qərarına gəliblər. Hansı ki, bu Qabelin bütün Azərbaycanın tarixini bu günə qədər özündə əks etdirməli idi. Əlbəttə, bu iş çox da asan olmayıb. Onlar uzun zaman bu arzunu həyata keçirə bilməyiblər, lakin öz fikirlərindən də daşınmayıblar. Nəhayət, 1986-ildə bu əsərin eşkizi tam hazır olub. Amma sifarişçi tapmaqda çox çətinliklərlə üzləşiblər. Çünki bu əsər çox böyük maliyyə vəsaiti tələb edirdi. Nəhayət, sifarişi verə biləcək Sumqayıt şəhərindəki Məşədi Əzizbəyov adına Kimya zavodu ilə müqavilə imzalayıblar. O vaxt bu əsər Kimyaçılar zavodunun Mədiniyyət Sarayında , səhnədə arxa pərdə kimi asılmaq üçün sifariş edilmişdi .Çox məhsuldar bir zaman çərçivəsində , 1991-ci ildə bu möhtəşəm Qoboleni Hicran və Xalidə Seyidovalar təhvil verdilər. Bu əsər həmin vaxtı Respublikada çox böyük marağa səbəb oldu. Hətta həmin vaxtlar mən Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri-direktoru kimi o tədbirdə çıxış elədim və bu haqda mətbuatda da yazdım. Bu Qabelin həmin vaxtlar mətbuatda, televizyada yetərincə işıqlandırıldı. Bu əsər çox möhtəşəmdir və 10-15 metr ölçüdədir . Çəkisi də 600 kiloqramdan çoxdur . Bu möhtəşəm, təkrarolunmaz əsər bu gün də Sumqayıt şəhərinin mərkısində olan Kimyaçılar Mədəniyyət Sarayında sərgilinər. İnsanlar belə gözəl işə çox maraqla baxırlar. Amma Qabelinin asıldığı ikinci mərtəbədəki yerin hündürlüy cəmi 4-5 metr olduğundan bu Qabeleni məcbur olub həm yuxarıdan və həm də aşağıdan yığıblar, ona görə də bu sənət əsəri öz gözəlliyini tam itirib. Mən təklif edirəm ki, Azərbaycan Mədəniyyəy Nazirliyi bu Qabelini Dövlət Xalça Muzeyinə aparsın və 10 x15 metr hündürlüyü olan bir yerdə assın ki, bu Qabelin sənət nümunəsi kimi öz gözəlliyini qoruyub saxlasın. Həm də məmləkətimizə gələn qonaqlara həmin Qabelin lazım olan kimi göstərilsin. İnanıram ki, həmin xarici qonaqlar bu gözəl işi gedib öz ölklərində layiqincə təbliğ edəcəklər. Bu Qabelinin şöhrəti həmin vaxtı bütün dünyaya yayılacaq.

Xalidə xanım həyat yoldaşı, məşhur rəssam Hicran Seyidov haqq dünyasına qovuşandan sonra Xalidə Hicran təxəllüsü ilə şeirlər yazır. Amma bədii yaradıcılığa Xalidə xanım çox cavanlıq illərindən başlasa da, sevimli rəssamlıq sənəti ona tez-tez şeirlər yazmağa imkan verməyib. İndi rəssamlıqla bərabər, bəzən şeirlər, hekayətlər, hikmətli beytlər də yazır. Lakin onları çox az çap etdirir. Mən onun şeirlərini oxuyandan sonra gördüm ki, Xalidə xanım heç də pis şeirlər yazmır. Ona görə də deyirəm: “Xalidə xanım. Siz maraqlı rəssam olduğunuz kimi, həm də maraqlı şairəsiniz. Onu da bilin ki, Böyük Tanrı bir insana əgər istedad verirsə, ona bir neçə sahədə özünü sübut etmək üçün istedad verir. Sizə də Ulu Tanrı həm rəssam, həm Qabelin ustası və həm də maraqlı şeirlər, beytlər yazmaq istedadı verib. Elə bu sahələrdə də yaradıcılığınızı davam etdirin. Axı siz, rəssamlıqla birlikdə həm də ədəbiyyatı çox sevirsiniz. Bunlar da sizə həmişə böyük uğur gətirəcək”.
Xalidə xanım deyir ki, “mən həm rəssam, həm də yazar olmağıma görə atama minətdaram. Məhz buna görə iki cildlik “Hikmət Xəzinəsi” və həyat yoldaşıma həsr etdiyim sevgi ilə cilalanmış şeir və qəzəllərim, məsnəvilərim ”Hicrannamə” adlı kitabımda işıq üzü görüb. Bir ömür boyu yazdıqlarımı zaman-zaman yeni kitablarımda oxuculara təqdim edirəm. Əgər tarixdə mənim bir beytim qalarsa, özümü xoşbəxt insan hesab eləyərəm”.
Mən qətiyyətlə deyirəm ki, sizin bir yox, çoxlu beyitləriniz, şeirləriniz tarixdə qalacaq Xalidə Hicran. Çünki bu şeirlər çox maraqlı, dərin mənalı və obrazlı ifadələrlə zəngin olan şeirlərdir. Ən əsası isə siz heç kimi təkrarlamırsınız. Rəssamlıqda olduğu kimi, bədii yaradıcılıqda öz yolunuzu yaradırsınız. Öz yolunu yaradanlar tarixdə yaşayırlar.

Xalidə Hicran 2017-ci ildən Azərbaycan Yazıılar Birliyinin üzvüdür. Azərbaycanda əsərlərinin gec nəşr olunmasının səbəbi isə Xalidə Hicranın uzun illər Vətəndən uzaqda yaşaması səbəb olub. Xalidə Hicran deyir ki, dünyaya bir də gəlsəydim yenə rəssam olardım və qəlbimi qazıb-qazıb oradan hikmətli sözlər və şeirlər ortya çıxarıb, yazıya köçürərdim. Düz deyirsiniz Xalidə xanım. Çünki bunlar sizin alın yazınızdır.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

XALİDƏ HİCRAN SEYİDOVA

ELMİN QİBLƏSİ

Hər elmin qibləsi kitabdır, kitab,
Onu ziyarətə çalış ki, vaxt tap.

Elm bir zirvədir, son ucu sonsuz,
Yox bir sir qapısı, açıla onsuz.

Elm bir süfrədir, naz-neyməti çox,
Yesən də nə qədər, heç olmursan tox.

Aqillər göz yumdu dünya malına,
Qiyməti verdilər insan ağlına.

Cahiltək gözləri bağlı olanlar,
Elmin dəyərini heç bilməz onlar.

Əlimə alanda mən də qələmi,
Artıq ünvanım idi elm aləmi.

Vəsf etdim, hikməti, şeir, qəzəli,
Xalidə Hicrantək mən eşq gözəli.
*
“Elmindən yarandı yer, göy bu cahan,
Acizdir elminə hər gələn insan.”

Bil, elm müqəddəsdir, eylə itaət,
Elimsiz topluma gələr fəlakət.

Bir elin alimi deyilsə aqil,
O eli bürüyər, çoxalar cahil.

Elm həm də qanundur, həm nizam, qayda,
Elm harda yoxdursa, cahillik orda.

Elm bir kuzədir ki, içi dolu bal,
Bal hər dərdə dərman, ye, salamat qal.
Tanımaq istəsən elmli insanı,
Müşahidə et hər davranışını.

Elm ədəb-ərkandır, həm də mərifət,
Bil, elmli adamlar bilməz ədəvət.

Əgər elm adamı olsa cahangir,
Dünyaya təzə bir qanun gətirir.

Dünyanı anlayan, bil, yoxdur elmsiz,
Elmsiz gözəllər də sanki heç nəsiz.

Bircə damcı elmi atsan dəryaya,
Dəryada canlılar axar oraya.

Elm ver ki övlada, odur xəzinə
Öyrətmə yaşasın müftə-ləzinə.

Bir gün oxuyarsa əgər bir kitab,
Bəlkə, ölümünə verilməz xitab?

Elm hər bir insanı dürr, pak eləyir,
Çün elmlə özünü idrak eləyir.

Bu sözüm qoy qalsın özümdən sonra,
Olacaq hörmətin elmdən sonra.

Hər nə istəyin varsa elmdə ara,
Elmin gələcəkdir hər işdə kara.

Elim bir ümmandır yol sonsuzluğa,
Elmi çıraq edən düşməz boşluğa.

Fikrə dal burada, nədir bir fayda,
Elmli müqəddəsdir iki cahanda.

Hörmət gördüm atamdan hər bir elmə,
Çörəkdən ön kitab verdi əlimə.

Qənd puluna aldı, rəng, kağız, dəstə,
Şirin çay içmədik düz bircə həftə.
*
"Dilim də vətənimdir"

Zaman kimi dəyişib, əsrlərdir müharibə,
Lazım olmayır bəzən əl atalar bir hərbə.

Məğlub edirlər xalqı, dilini işğal edib,
Dil işğal olub harda, Vətən də əldən gedib.

Öz dilini həvəslə danışsalar babalar,
O dili sevə- sevə danışacaq balalar.

Dili danışıldıqca vətən əbədi yaşar!
Dili olmayan insan həm də vətənsiz qalar.

Özgə dilin bilməsən heç sənə xor baxılmaz,
Dilini gər çox sevsən, torpağın da basılmaz.

Hər dili bilmək lazım, münasibət qurmağa,
Öz dilini bil ki sən, vətəni qorumağa.

Hər şey dildən başlayır, dildə də sona çatır,
Əgər dayan deməsən, qaçan nə vaxt dayanır?

Bax beləyik hamımız, hətta körpə balamız,
Ta dili açılandan yad dildə əlifbamız.

Yoxdursa gər öz dilin, əldə qalmaz vətənin,
Vətən də əldən gedər, dil deyilsə gərəyin.

Nə şirindir öz dilim, gərək öz dilim bilim,
Özüm sahib çıxmasam, kimdən imdad istəyim?

Qoru sən öz dilinlə vətənin hörmətini,
Dilini ucaltdıqca ucaldarsan elini.

Dağ boyda dərdi varsa bir ölkənin əzəldən,
Dövlət dili edibdir özgə dilin əvvəldən.

Dil çox müqəddəs məfhum, o dindən də əvvəldir,
Uşağın ilk kəlməsi, ananın dilindədir.

Dilin müqəddəs tutan eli müqəddəs tutar,
Dilin özgəyə satan vətəni çoxdan satar.

Kim dilinə sadiqdir, o vətənə əsirdir,
Özgə dilin çox sevən özgənin əsiridir.
Qoy doğulan körpələr dilimizdə danışın,
Sonra isə yad dilin öyrənməyə çalışın.

Öz dilinə hörmət qoy, özgədən də umasan,
Özgə dildə danışsan, özünü unudarsan.

Ağacın bir yarpağı yad xəzələ qarışsa,
Ona fikir verməzlər, hətta orada varsa.

Tap özünü dilinlə, vətənə gələn yolda,
Başqa dildə soruşsan, azacaqsan o yolda.

Dilini bilmirsənsə, nəyə gərək vətənin?
Dilin ilə vətənin nəfəs kimi gərəyin.

Qəlbimiz çox genişdir, həddindən artıq çox saf,
Özgə dilin tac etsən, iki qonşumuza bax.

Məndən demək bu qədər, dil əziz vətən qədər,
Qorumasan dilini, vətən əlindən gedər.

*
Günahkar görmə o kəsi, könül mülkü viranədir,

Nasaz gəmi özü batar, gələn tufan bəhanədir.

Dərdi, qəmi çəkən könül yüz illik bir xərabədir,
Söz soruşma o kəsdən ki, könül evi viranədir.

Eşq mülkünə qədəm qoyan əgər vəfadan kəmdirsə,
Eşqin cəfasına dözməz, əgər cəfakeş deyilsə.

Bəhanəni baha sanmaz, o kəs bəhanə gəzirsə,
Yüz min bəhanə gətirər, bəhanəsi gər çarəsə.

Edirsənsə gər şikayət, üzün tut Rəbbil-aləmə,
Ya da hər bir cəfaya döz, sözün demə hər bəndəyə.

Könül mülkü işi sevər, ayaqsa ahəstə gedər,
Qaçan yollarda gecikər, tənbəl bəhanə gətirər.

Günəş zülmətdə gizlənər, dan doğanda üzü gülər,
Kim bir ömür cəfa çəkər, üzü gülərkən köç edər.

Bahar ikən quşlar dönər, öz yuvasın abad eylər,
Kimi öz köhnəsin abad, kim təzəsin bərbad eylər.

Edib qəlb mülkünü xarab, sən də ey, Xalidə Hicran,
Bilməzmisən çox dəyişib həm insanlar, həm də dövran.
*
Əgər ilan gülsəydi, yenə zəhər tökərdi,
Bu bədxah adətindən çətin ki əl çəkərdi.

İnsan elə varlıqdır, hünəri var hər işə,
İş çevrilsə vərdişə, ona olacaq peşə.

Dinləmək olmasa da insanlarda bir adət,
Etibar etmə heç vaxt dayanarsa farağat.

Balıq suda azaddır, insan torpaqda azad,
Yerlərini dəyişən, yenə dəyişməz o ad.

Yağsa da baharda qar, ömrü-günü az olar,
Qışın qarı, buzu da o qış qədər yaşayar.

Çırağının başına yığılanlar çox olar,
Çırağın sönən kimi qaranlıqda yox olar.

Qayğısız bir ömürlə gər yaşasan həyatı,
Sanki hər gün yeyirsən köhnə kərti boyatı.

Dilək dilə Allahdan, iş getməsə qaydada,
Diləksiz ömür keçsə, nə məna var həyatda?

Doldur qəlbinə arzu, pozulmasın tarazı,
Taraz pozulsa əgər, hey qalarsan narazı.

Kama yetməsən belə, yenə Rəbbindən dilə,
Yenə də arzu dilə, qoy qəlbin gəlsin dilə.

Qəlb arzu sandığıdır, sıxılar o boş dursa,
Sandıq nəyə gərəkdir, əgər içi boşdursa.

İşləməsə kərənti, təmiz pasa bürünər,
Qəlbdə arzu olmasa, o kəs xəstə görünər.

Varisə bir xəstənin sağalmağa məqsədi,
İradəsi mohkəmlər, hər işdə qalib gəldi.

Fərqi yoxdur ya qoca, ya da ki cavan, uşaq,
Gərək hər gün yuxudan arzu ilə oyanaq.

"Bir məqam" var həyatda, çox şey gedir, o qalır;
Ürəkdən istəyənlər, istəyə nail olur.

Məqsəd sənin silahın, heç əldən qoyma yerə,
Məqsədin olmasa gər, mindən düşərsən birə.

Yan arzu, dilək üçün, ümid olsun gözündə,
Sonda arzuya çatıb güc taparsan özündə.

Yoxdur elə bir iş ki, çətin ola insana,
Əzablı yol sonunda, sən yetərsən arzuna.

Var arzunun çox yolu, sən axtar tap düz yolu,
Düz yolda olanların köməyidir haqq yolu.

Aç qucağı cahana, o bənzəyir anana,
Ondan da üz döndərsən, gedəcəksən hayana?

DÜNYA ƏYİLMİŞ AĞAC

Dünya əyilmiş ağac, öz tarazın itirib,
Sanki qiyamət mehin insanlar tələsdirib.
İnsanların sayları hər gün bir az artıqca,
İnsanlıq özü sanki insanları tərk edib.

Hər gün bir az dəyişir, insanlıq olan məfhum,
Qəlb partlayır deyirlər, yaman tez getdi mərhum.
Sən kar, mən kor, kimi necə qoruyum?
Özümü görmürəmsə, özüm kimi qoruyum?

Allah qız-oğul verir, amma azalır erkək,
Dünya bu ağır yükü, görən, necə çəkəcək?
Ana oğul gözləyib gözün yola dikəcək,
"Oğlum harada qaldı?"- ölüncə gözləyəcək.

Bax, beləcə hər yolla insanın sonu gəlir,
Dünyanın başı üstdə qara tufantək əsir.
Hamı tənha qalıbdır öz müşkül dərd-sərilə,
Gözləyir, görən, kimin imanı gələr dilə.

Dərd var ki, dərd qədərdir, dərd var, dərddən betərdir,
Kim dərdə düşdüsə, özü özünə elədi.
Ağıl tükdən asılı, tüklər olub bahalı,
Baş ağıla həsrətdir, saçlar olub bahalı.

Özgələr düşününcə sənə pislik eləyə,
Öz ağlın, əlin, başın, vaxta vermədi tövhə.
Öz özünə edəni el yığılsa edəmməz,
Öz əlintək başına heç kimin əli yetməz.

Dünya əyilmiş ağac, oturan yox altında,
Kim gəlir oylağına, fikri canı hayında,
Özgəni düşünən yox, olsa da lap çox yaxın,
Insan əlində olsa işlədər dünya çarxın.

Dünya əyilmiş ağac, quş qorxur yuvasında,
Ağac yeyən qurd- quşun hələ də gözü doymur.
Gövdəsi nazilibdir, caynnaqlar arasında,
Bu caynaqlar dünyanı nəfəs almağa qoymur.

Dünya əyilmiş ağac, əyənlər istəyir bac,
Çörəyin yarı bölür, kimin qarnı yarıac,
Dünyadan alır xərac, gözləri doymayanlar,
Dünyanı bölüşənlər, açıblar sanki hərraç.
*
Eşşəyi dəyişməyə göstərsən də çox çaba,
Ceyran dərisi altda eşşək görünər qaba.

Yüz bəzək vurulsa da boş başdakı bir taca,
Ağılsız başda o tac bənzər içi boş qaba.

Şahinin qanadını bağlasalar toyuğa,
Yenə tülkünü görsə, girəcəkdir oyuğa.

Yaltaqlıq və paxıllıq bir toplumu alarsa,
Təəccüb etmə ordan din-iman yox olarsa.

Oğurluq hər biçimdə hər millətin içində,
Bircə fərqi vardır ki, ayrı-ayrı biçimdə.

Bir qəlbi gər bürüsə, zülməttək qara kölgə,
Tərtəmiz Günəşə də ləkə yaxacaq, bəlkə.

Eyş-işrət yorğunluğu hüzur gətirsə əgər,
Hamı kefin dalınca düşməzmi, səncə, məgər?

Kefdən yorğun olana bu həyat adiləşər,
Qəmdən yorğun olanlar həyatda küskün gəzər.

QƏLB BƏDƏN SƏRKƏRDƏSİ

Qəlb bədən sərkərdəsi, əzalarsa əsgəri,
Əsgərin düşünməsə, boş qalacaq səngəri.

At başından paxıllıq, qorxaqlıq və qeybəti,
Bunlara alışanlar itirərlər hörməti.

Bir paxıl qəlb ilə sən yaşasan bu həyatı,
Şirin bal dadsan belə, zəhər olacaq dadı.

Qəlbin ilə halın şad, ya da ki, olur xarab,
Paxıllıq qəlbi yeyir, bu dərdə qalmayır tab.

Yığılsa əgər məclis, hamıya etmə ərkin,
Hirs pisdir, qəzəbsə kin, hər sözün tutma bərkin.

Qov qəlbdən paxıllığı, küdurət və qəzəbi,
Qəlbdən yox olsa bunlar, qalacaq gözəl təbi.

Yanlış olsa əməlin, əzabını çəkirsən,
Toxum əkmədən öncə bax gör bir nə əkirsən.

Gördüyün hər əməlin bir toxuma bənzəyir,
Bir əməli etmədən fikirləş, nə edirsən?

Əgər toxum çürüksə, ondan bəhrə gözləmə,
Əməllərin gözəlsə, becər, gözünü çəkmə.

Varsa dünya malına əgər marağın lap çox,
Nə qədər malın olsa, deyərsən, heç nəyim yox.

Göz toxdusa insanda, qəlbi də geniş olur,
Gözü ac olan kəsin hər işi kəsir olur.

Yoxdur cahanda bir kəs gülə ömürü boyu,
Qəlbi dərd sevənlərin qəmdir qəlbinin soyu.

Yanlış bir yolu tutsan, geriyə dönüş yol var,
Yolu çox uzaq getsən, başlanğıc uzaq olar.

Yaşa-başa yaraşsa dediyin əgər hər söz,
Tənə ilə deyilən sözə, söhbətə də döz.

Yükləri ağırlaşır insanlar qocaldıqca,
Yorulur qazandığın özüylə daşıdıqca.

Bir ömür yığır yükü, ya yaxşı, ya da pisi,
Hər kəs anlayar bunu arxasına baxınca.

Həyat ağır olsa da, həyat "ordan" gözəldir,
Həyat qədrini bilən, özü həyatdan gözəldir.

Həyat gözləmir bizdən qəlbimiz gülə hərdən,
Sevinci ozün qazan, qəm də əl çəkər səndən.

Əgər səhman yoxdursa ev-eşiyin içində,
Nə qədər gözəl olsan, olarsan o biçimdə.

Məchuldur insan oğlu ta ki yaranan gündən,
Elə bərk yerə çırpar, heç özün də bilmədən.

Yarıyolda qoyarsa səninlə bir yol gedən,
Etdiyi xəbər verər, o kəsin qeyrətindən.

Dəyişir sübh çağıtək, bürkütək, gah tutqundur,
Axşam bir az qızarsa, sübhün mehi soyudur.

Tanısan sən əzəldən əgər ki bircə kəsi,
Bəzən tanımazsan, o kəslə etsən bəhsi.

Çox azdır haqq bilənlər, üzün döndərməyənlər,
Onlar heç unutmayır, yüz il uzaq gəzsələr.

Yanından külək ötsə, üz-gözünü döyəcək,
Unudanlar tufantək yerlərdə sürüyəcək.

Bəzən insan belədir, küləyin yerinə qoy,
Külək ağacdan tökür, barından sən də ye, doy.

Təbiətlə təb eyni, həvəsində sevgini,
Verən belə veribdir, qəlbdə yaşat eşqini.

Unutsan kimliyini, qınayarsan özgəni,
Özünü unutmayan düz atır qədəmini.

Belədir bəşəriyyət, kim kimə edir töhmət,
Bil ki, o kəsdən görüb özünə təkcə hörmət.

Gündüzdə görüb sev ki, gecə bəyan eşqini,
Ömrü bada verənlər yaşayacaq tərsini.

İnsanlar möcüzdür, gözələ deyər özüdü,
Sevmədiyin görsə, deyər çəpgöz gözüdü.

İnsanların xasından soruşdum bircə kəlmə,
Dedim, elə danış ki, həddini aşıb keçmə.

Hər kəs gözləsə səddi, öz dediyi sözündə,
İncik adam qalmazdı, inan, bu yer üzündə.

Birin öldürmək üçün kim xəncər tutar əldə,
Kimin zəhər sözündən zəhərləyər dili də.

Paxıl tanıdım, bəzən istər ki, kor olasan,
İlan tanıdım, istər ona möhtac olasan.

Müşahidə edirəm, mən hamıyla ekizəm,
Mən hamını həm qardaş, həm də bacı bilirəm.

Bilmədim quş dilini, onları anlayardım,
İnsan dilin bilsəm də, bəzən heç uylaşmadım.

Sən, ey Xalidə Hicran, sevin yer üzündəsən,
Qardaş-bacı əliylə quyuya düşməyəsən.

HƏYAT YONUR İNSANI

Həyat yonur insanı özlərindən xəbərsiz,
"Xərrat" deyilən həyat insanı yonur səssiz.
Birdən-birə dəyişir görkəmi də, özü də,
Elə dəyişir insan, formalaşır özüldə.

Kiminə xeyir verir, hətta bu yonulmaq da,
Kimlərsə itirir özlərində olanı da.
Gah yanır, gah yandırır, susur, gah da qışqırdır,
İnsan elə məxluq ki, yonulub forma alır.

Dəyişir fikirləri, dəyişir müşkülləri,
Büsbütün yonulduqca, dərisi soyulduqca.
Ya kobudlaşır, ya da incəlir incəldikcə,
Xərrat deyilən həyat, dəyişir insanı da.

Bir insan dəyərini bilsəydi öz ömrünün,
Faydasını anlardı hər bir boş keçən günün.
Saniyələr keçəndə ömrün hər saatından,
Gedəndən biz halıyıq, xəbər yox qalanından.

“EŞQ, ÖMRÜN BAHARI”

Daldalansan gər eşqdən, sevməzsən heç ürəkdən,
Heç olmasa, izin ver, oxuyum mən gözlərdən.
Yaşamayır insanlar sevgidən məhrum isə,
Heç gördünmü yuvada bir quşu tək görəsən?

Yaman günün ömürü, az olacaq deyiblər,
Xoş günü isə, bəlkə, sevgi üçün deyiblər.
Sevilməkdə görüblər, seviblər, seviliblər.
Sevgisiz yaşayanlar, ömrü bada veriblər.

Məğrurluq gər yox olsa, təkcə eşq üçün olar,
Bütün hislər eşq üçün, baş əyib təslim olar,
Eşqlə vurmasa qəlbin, bu gen dünya dar olar,
Həmin gün həyat eşqi gözlərində azalar.

Eşqsiz yoxdur bir şərbət dada adəm övladı,
Bəzən şirin, bal kimi, bəzən zəhərdir dadı.
Eşq ilə bərqərardır həyat, adəm övladı,
Eşqsiz heç bir həyatın şirin deyildir dadı.

Eşqlə yaşanan günə xoş gün deyib gülüblər.
Eşqsiz həyata qara gün tək gileyləniblər.
Sevgisiz illəri də ömürlərdən siliblər.
Bu mənasız illəri ömrə aid etməyiblər,

Heç fərqinə varmadan yaşama bu həyatı,
Anlayanlar hey yazdı şeir, qəzəl, bayatı.
Xəyyallar aləmində mən gəzsəm də tək, tənha,
Sevgim izn verməyir ürəyim tənha qala.

Qəlbi işlətməmişdən, onu hicr ilə sına,
Eşq elə bir ümmandır, qəlb orda lövbər sala,
Gər aşina deyilsə sənə könlün hakimi,
Loğman, təbib nə çarə, sən neylərsən həkimi?

Eşq hakimi-ixtiyar, gər verməsə icazə,
Yerə, göyə, et nəzər, özün verib biruzə.
Eşqilə yaxınlaşsan, dünyada hər varlağa,
Günahın çox olmasa, ağır olmaz, bil, cəza.

Kam almasa bir insan, gər eşqidən, sevgidən
Bu dünya birdəfəlik düşəcəkdir gözündən.
Yox gözümdə bu cahan, qəlbim təslimdir eşqə,
Eşq bir badə qəlb hicr ilə durubdur keşikdə.

Aç könül dəftərini, sən oxu vərəq-vərəq,
Avazınla cıraqban qoy olsun hər bir tərəf.
Nə tilsimdir, görəsən, soruşdum öz qəlbimdən,
Dedi, eşqsiz dünyada əsər qalmaz bəşərdən.

Eşqə mübtəla olsa bir ölkə hökmdarı,
Ambarında tapılmaz nə buğda nə də darı.
Zəmiləri, torpağı, qalacaq bil ki xalı.
De, ey Xalidə Hicran, “Eşq ömürün baharı”…

"Gedirsən, get..."

Gedirsən, get gedənlərtək,
Mən dərdimlə qalaram tək.
Bu sevən ürək daşa dönəcək,
Gedişin sevgintək gözdən düşəcək.

Gedirsən, get, amma bəhanə gəzmə,
Ayaq izlərinə yalanlar düzmə.
Böyüdüb gözümdə məcnun etmişdim,
Arxanca qaçmağı məndən gözləmə.

Bir bahar yağışı oldu sevgimiz,
Mən naşı bir Leyli, sənsə sevdasız.
Yalançı sevginin ömrü gödəkmiş,
Nə qədər gül əksən, tikan bitərmiş.

Yalan bir sevginin əsiri olub,
Demə göz yaşları günahı yuyub.
Sənin yollarına dikilən gözlər,
İndi ayrı gözə baxası olub.

Yanımdan ötürdün günahkar kimi,
Bəlkə də, sonralar peşman olmusan.
Səndən ayrıldığım gündə qalmışam,
O günədən bu günə qurban olmuşam.

Yoxmuş sevginin də başqa dəyəri,
Sevən ürək verir, budur gərəyi.
Könülsüz "sevirəm" deyən kəslərin,
İnan ki, "sevmirəm" deyər səhəri.

Olsan da bəyzadə, olsan da ağa,
Dünyanı gəzsən də başdan-ayağa.
Bir də belə sevda gəlməz başına,
Səni məntək sevən çıxmaz qarşına.

Bakı
1978-ci il

Ürəyini səndən alanda

Gözüm gözünə baxanda,
Yüz fikir qaldı dumanda,
Bu dünyada səni seçdim,
Ürəyini səndən alanda.

Yağış yağdı çiskin–çiskin,
Nədən bitmədi nisgilin,
Yüz sevəndən birin seçdim,
Həsrət ağlatdı için-için.

Çoxdu dərdim, artdı qəmim,
Dəryada batdı eşq gəmim,
Əhd eylədim, yola çıxdım,
Yolum bağlandı, bilmədim.

Gizlincə gördüm yarımı,
Ellər bildi bu sevdamı,
Göyə kimi pərvazlandım,
Fələk qırdı qanadımı.

Libasım var dərdim rəngli,
O Yar məni tərk edəli,
Hər sözümdən dərd tokülür,
Yarım məni tərk edəli.

Yerişim, duruşum qəmdi,
Yediyim işdiyim, qəmdi,
Yarım məni tərk edəli,
Dərd-qəmim ürəkdə cəmdi.

Həmdəmimdi ayla ulduz,
Onlar da mən tək yuxusuz.
Yola çıxdım biri ilə,
Amma tək gedirəm onsuz.

Xalidə Hicran, hicrindi,
Eşqin dəryada incidi,
O yar ki, haqqa qovuşdu,
Demə yar küsdü, incidi.

"Göyün üzün aldı duman"

Göyün üzün aldı duman,
Qara gəldi mənim sevdam.
Bir yar sevdim bu dünyadan,
Qoymaz fələk yardan doyam.

Uzun-uzun bir yoldayam,
Niyyət tutdum, soraqdayam.
Fələkdən gizli gedirdim,
İndisə çən, dumandayam.

Yaz axşamı uzun olmaz,
Dan doğmasa, sabah olmaz.
Qara sevdaya düşənin,
Sevdası heç vədə solmaz.

Əlim əlinə yetmədi,
Həsrət acısı bitmədi,
Sənin üçün çəkdiyimi,
Göy görmədi, yer bilmədi.

Nişan daşı, əhdin daşı,
Unutmadım yar yoldaşı,
Vəfası çox olanların
Bəlalıdır hər an başı.

Uzaq olmadım heç səndən,
Nə dilərsən, dilə məndən,
Ürəyim sənə qurbandı,
Onu ta istəmə məndən.

"Zəfər əbədi zəfər"

Qalibliyin məğrurdur,
İtki versə də qəhər.
Qarabağda gün doğur,
Bu gün zəfərli səhər.

Zəfər! Zəfər! deyərkən,
Şəhidlər gələr gözə.
Qarabağ yaşadıqca,
Minnətdarıq biz sizə.

Kimlər gözün çəkməsə,
Müqəddəs vətənimdən.
Gec-tez dərsin alacaq,
Nər, igid əsgərimdən.

Qarabağ bizə pirdir,
Şəhid oldu oğullar.
Daşında, torpağında,
Şəhidin qan izi var.

Ən müqəddəs məkandır,
Qədim Qarabağ bizə.
Şəhidlərin pak qanı,
Şuşada çıxıb dizə.

Göz üstə saxlamalı,
O müqəddəs dəyəri.
Darabağ oldu bizə,
Sözümüzün kəsəri.

Dünya yaranan gündən,
Belə savaş görmədi.
Əlbəyaxa döyüşən,
Elimin əsgəridi.

Ey əsgərlərim, sizdən
Filimlər çəkiləcək.
Qəhrəmanlıq tarixi,
Sizdən öyrəniləcək.

Dünya heyrandır sizə,
Sizdəki şücaətə.
Dərs verdiniz əbədi,
Yağı düşmənlərinə.

Heç gördünüz, daş gülə,
Dağlar gülə, düz gülə?
Vətən oğlun görəndə,
Dağ-daş da dilə gələ?

Heç gördünüz dağ-daş da,
Sahibini səsləyə?
Güllə dəysə oğluna,
Dağ, daş da inildiyə?

Zəfərini qazandın,
Dişinlə, dırnağınla.
Bayrağın dalğalanır,
Yenə də Qarabağda.

Buludlar ağı deyir,
Şəhid əsgərlərimə,
Dağlar vüqarın tökür,
Məzarının üstünə.

Vətən bayrağın büküb,
İgidlərin nəşinə.
Torpağının dənəsi,
Heyran olub şəninə!

Yeni bir tarix yazdın,
Qanın oldu mürəkkəb.
Hətta döyüşündə də,
Gözləyərək sən ədəb.

Bir ana oğullarıdır,
Talış, Yəhudi, Avar,
Kürd, Ləzgi, Malakanlar,
Udin, Rutul, Saxurlar.

Bunlar qardaş, bacılar,
Birlikdə vuruşanlar.
Hamısı bir evdəndir.
Zəfərdə payları var.

Dərs verdilər əbədi,
Özgə fikrə düşənə.
Torpağına göz dikən,
Düşər əcəl izinə!

Gözəgörünməz ordu,
Haqqın tərəfindədir.
Haqlı olan davanın,
Ən sonu qələbədir!

Şəhidim dağ qeyrətli,
Haqq yanında hörmətli.
Vətən unutmaz səni,
Eşq olsun! Eşq olsun!
Azərbaycan əsgəri!

Vətənsiz insan yetim qalır

Atanın çörəyi, ananın südü,
Sənə halal olsun, igid əsgərim!
Can əsirgəmədin gözəl vətənə,
Qanınla gül açar, dağım, düzlərim.

Ağlama, balalar, əziz analar,
Vətən hər balanın atası olar.
Yurdu qorumasa igid oğullar,
Analar, balalar, kimsəsiz qalar.

Vardırsa vətənin, var-dövlətin var,
Dörd divarın varsa, cah-cəlalın var.
Vətənin var isə, ata-anan var,
Vətənsiz balalar tək, yetim qalar.

Qeyrətdə ər, igid, düşmən baş əyər,
Şəhid qanlarından, vətən göyərər!
Vətənin düzləri, dağı, yamacı,
Şəhid oğullarla dağlar fəxr edər!

Alınmaz qaladır can əsgərimin,
Zəfəri böyükdür, əzmi dəmirdən.
Yeni tarix yazdın yenə bu gündən,
Tarixlər yazacaq hər əsgərimdən!

Torpağım qəlbinə həkk edər səni,
Sən Vətən yolunda haqqa ucaldın.
Vətənin mərd oğlu, igid əsgəri,
Vətən var olduqca yaşadar adın!

Cəsarət, hünərin, qalibiyyətin!
Qanınla sən yazdın əbədiyyətin!
Neçə ki yaşayır can Azərbaycan!
Adını unutmaz gözəl vətənin!