Ağdaşda qazinin intiharı ilə bağlı araşdırma aparılır Prokurorluq

22 Noyabr 2021 10:22 (UTC+04:00)

Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.

Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Belə ki, rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.