İsveçrənin Steynerberq şəhərinin sakini maraqlı tapıntı əldə edib.
O, atasından qanma mülkü təmir edərək restorana çevirmək istəyib.
Lakin köhnə soba yerini təmir etmək üçün sökərkən buradan 2 ədəd sosiska tapıb. Sosiskalar çoxdan istehsal edilsə də yaxşı vəziyyətdə qalıb. Ev sahibinin dediyinə görə uşaqlığının keçdiyi bu evdəki buxarı sonuncu dəfə 1980-ci ildə istifadə edilib. Buna görə də tapıntının azı 43 yaşı var.
İsveçrəli sosiskaların dadına baxmaq istəsə də son anda fikrindən daşınıb.