Zakir Həsənov sərhəddə xidməti-döyüş fəaliyyəti ilə bağlı tapşırıqlar verib

20 Noyabr 2021 11:13 (UTC+04:00)

Noyabrın 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir dövlət sərhədində xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.