Azərbaycan XİN Ağdamın işğaldan azad olunması ilə bağlı paylaşım edib

20 Noyabr 2021 10:23 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Ağdamın işğaldan azad olunması ilə bağlı tviter hesabında paylaşım edib.

SİA xəbər verir ki, paylaşımda deyilir:

“20 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ağdam şəhərində üçrəngli bayrağımızı ucaltdı”.