Məşhur sima məzarı başında yad edildi

19 Noyabr 2021 18:57 (UTC+04:00)

18 noyabr 2013-cü ildə dünyasını dəyişən ustad aktyor Nejat Uyğur vəfatının 8-ci ildönümündə Zincirlikuyu qəbiristanlığında məzarı başında anılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun ailəsi anım mərasimində iştirak edib.

Quran oxunarkən həyat yoldaşı Necla Uyğur göz yaşlarını saxlaya bilməyib. Oğlu Behzat Uyğur, “Atamızı heç vaxt itirməmişik və qastrol səfərinə çıxmış kimi hiss edirik. Biz uşaq olanda uzun qastrol səfərləri edirdi. O, bütün ölkəmizi gəzdi” dedi.

Ayşən Vəli