Bakı sakini küçədə döyülərək ağır xəsarət alıb

19 Noyabr 2021 05:24 (UTC+04:00)

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə “Komsomol dairəsi” kimi tanına ərazidə qeydə alınıb.

1993-cü il təvəllüdlü Hüseynzadə Tahir Samir oğlu naməlum şəxslə dava zamanı burun sümüyü sınıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.