Amerikalı reper Trevis Skottun təşkil etdiyi festivalda izdihamda ölənlərin sayı 10-a yüksəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 50 min insanın iştirak etdiyi konsertdə təhlükəsizlik böhranının qurbanı olan ən azı 125 nəfər Skota qarşı iddia qaldırıb.
Tələb olunan ümumi təzminat 750 milyon dolları ötüb. İdman brendi Nike Scott ilə əməkdaşlıq etdiyi ayaqqabı modelinin tanıtımını təxirə salıb. Skottun sevgilisi Kylie Jenner ilə üz qabığının ulduzu olduğu "W"jurnalı da yayımını dayandırıb.
Ayşən Vəli