“Son illər Azərbaycan paytaxtının inkişaf etməsi, yenidənqurması və müasirləşməsi istiqamətində ciddi işlər görülür. Azərbaycan paytaxtı öz qədimliyini və arxitekturasını qorumaq şərti ilə yenilənir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu baxımdan ölkə Prezidentinin yeni sərəncamı Bakıda yenidənqurma işlərinin davam etməsi, abadlaşdırılması baxımından çox vacibdir: “Bu əslində bir tərəfdən imkan verəcək ki, Bakının yenidənqurması və infrasturukturunun inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlər davam etsin”.
Vüqar Bayramov sözlərinə belə davam edib: “Digər tərəfdən, təbii ki, paytaxtda müasirləşmə və yenilənmə işlərinin inkişafına şərait yaradacaq və buna xüsusi bir dəstəkdir. Praktiki olaraq bu ondan xəbər verir ki, Azərbaycan paytaxtı regionda seçilən şəhərlərdəndir”.
Ayşən Vəli