Daha 1 251 nəfər koronavirusdan ölüb - RUSİYADA

18 Noyabr 2021 12:57 (UTC+04:00)

Rusiyada son sutkada COVID-19 virusundan daha 1 251 nəfər ölüb. SİA xəbər verir ki, məlumatı ölkənin Operativ Qərargahı yayıb.

Bildirilib ki, gün ərzində yoluxanların sayı 37 374 nəfər artıb.

Ümumilikdə epidemiya başlayandan indiyədək Rusiyada 7 919 250 nəfər koronavirusa yoluxub, 260 335 nəfər isə vəfat edib.