Kollektivimizin sevimlisi

18 Noyabr 2021 12:28 (UTC+04:00)

Ömrünün 50 ilini artıq arxada qoyan Gülnar Eldar qızı Allahverdiyeva 1971-ci il noyabrın 18-də Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1978-ci ildə Sumqayıt şəhər 17 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. Elə həmin ildə Bakı Maliyyə Kredit Texnikumunun Maliyyəçi fakültəsinə qəbul olub. 1991-ci ilə kimi həmin texnikumda təhsil alıb. 1992-ci ildən bu günə kimi Sumqayıt şəhər Mənzil Komunal Təsərrüfatı İstismar Birliyi İdarəsində aparıcı mühasib vəzifəsində çalışır.

Özünün yaxşı işi, işgüzarlığı ilə bütün bu illərdə kollektivin böyük hörmətini qazanıb. Dəfələrlə fəxri fərmanlara layiq görülüb. Gülnar xanım əslən Qarabağlıdır. Bu ilki doğum günü və yubileyi onun üçün ikiqat sevinc və bayramdır. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun gücü ilə 30 illik həsrətimiz sona yetib. Gülnar xanım da ulularının və atası Eldar Allahverdiyevin uyuduğu Cəbrayılın və bütövlükdə Qarabağın ziyarətinə getməyi səbirsizliklə gözləyir. İnşaallah, inanırıq ki, gələn ad gününü Gülnar xanım doğma Qarabağımızda qeyd edəcər. Təki sağlıq olsun.

Tanınmış şairə Nəcibə İlkin Gülnar xanımın 50 illik yubileyini belə bir maraqlı şeirlə təbrik edir.

Adının sirri var, möcüzəsi var,
Narın gülüşü var dodaqlarında.
Ana təbiətin şux gözəlliyi,
Çiçək tək açılıb yanaqlarında.

Narın çiçəyidir, narın yağışı,
Gizlənib gözünün bəxt ulduzunda.
Ömrün 50 illik bahar nəfəsi,
Uğurlar gətirib tale yazında.

Mübarək 50 yaşın, bu ömür payın,
Ürəkdən alqışlar ürəklər sizi.
Bu ömrün xoş üzü, isti nəfəsi,
Qoynunda dil açıb, diləklər sizi.

Biz də hamımızın sevimlisi Gülnar xanımı bir daha kollektivimizin adından təbrik edirik.

Dərin hörmətlə - Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyinin kollektivi