İraqın şimalındakı Metina və Hakurk bölgələrində separatçı terror təşkilatı PKK üzvü olan 3 terrorçu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. SİA bu barədə türk mətbuatına istinad edir.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada terrorla mübarizənin qətiyyətlə davam etdiyi bildirilib.
Açıqlamada İraqın şimalındakı Metina və Hakurk bölgələrində separatçı terror təşkilatı PKK üzvü olan 3 terrorçunun hava əməliyyatı ilə zərərsizləşdirildiyi qeyd edilib və əməliyyatların son terrorçu çıxarılana qədər davam edəcəyi vurğulanıb.