Qərbi Avstraliya əyalətinin paytaxtı Pertdə maraqlı və mübahisəli qərar qəbul edilib. Uşaqlar böyüklərimizdən “Ay oğlum, ayaqyalın gəzmə” kimi xəbərdarlıqlar və qadağalar eşidib, amma bundan sonra belə bir hal olmayacaq. Çünki, alınacaq maraqlı qərarla uşaqların ayaqyalın məktəbə gəlməsi təşviq ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qərarın növbəti tədris ilində tətbiq ediləcəyi gözlənilir.
Məktəb, uşaqların qamət pozğunluqlarını düzəltmək, hislərin dəyişməsi, ayaq və bədənlərini inkişaf etdirmək üçün bu mübahisəli təcrübənin lazım olduğunu açıqlayıb. Qərara görə, ayaqyalın gəzmək uşaqlarda görülən bu problemlərin həlli yolu ola bilər. Lakin ekspertlər bu nəzəriyyəni qəbul etmir və bu istiqamətdə heç bir dəlil olmadığını iddia ediblər.