Səfir xanımı ilə xüsusi dəvət aldı

17 Noyabr 2021 10:59 (UTC+04:00)

İtaliyanın Türkiyədəki səfiri Massimo Qayani və xanımı Karolina Qayani Venesiya sarayında xüsusi dəvət ediliblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Valentino" ACT payız/qış 2021-22 kolleksiyasından ilhamlanaraq, “Özün olmaq radikal bir hərəkətdir” mövzusunda xüsusi panel keçirilib.

Tədbir çərçivəsində psixoloq Pınar Sabancı, rəssam Joana Kohen və milli voleybolçu Hande Balad şəxsi kəşf səyahətlərini qonaqlarla bölüşüblər. Qonaqlar Oksford Universitetində psixologiya üzrə ikinci magistr təhsilini başa vuran Pınar Sabancını diqqətlə dinləyiblər.

Ayşən Vəli