Daha 3 məktəbdə əyani dərslər bərpa olundu

17 Noyabr 2021 09:58 (UTC+04:00)

Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

SİA xəbər verir ki, bu barədə Trend -ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda qeyd edilir.