Qaynanasının üslubundan faydalandı

16 Noyabr 2021 18:26 (UTC+04:00)

39 yaşlı Britaniya hersoqinyası Keyt həftə sonu keçirilən "Xatirə Günü" mərasimində kral ailəsini təmsil edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, kraliçanın səhhətindəki problemlərə görə iştirak edə bilmədiyi mərasimdə hersoqinya Keyt eyvandakı yerini tutub.

Taxtın iki nömrəli varisi Şahzadə Uilyamın həyat yoldaşı hersoqinya mərhum qayınanası Ledi Diananın üslubundan ilhamlanıb. O, Diananın 1992-ci ildə mərasimdə geyindiyi papaq modelinə üstünlük verib.

Ayşən Vəli