Fil saatlarca yeri qazdı

16 Noyabr 2021 15:50 (UTC+04:00)

Hindistanın şimal-şərqində baş verən hadisə eşidənləri çox təsirləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 60 fildən ibarət nəhəng sürüsü boş ərazilərdən keçərkən, bir fil Çatra kəndində dayanıb və yeri qazmağa başlayıb. Düz 11 saat ərzində heç bir kənd sakinini yaxın buraxmayan filin qazdığı çuxurdan çıxan fil balası kənd sakinlərini hönkür-hönkür ağladıb.