Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib MN

16 Noyabr 2021 15:01 (UTC+04:00)

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.