Daha 52 nəfər koronavirusdan ölüb - ERMƏNİSTANDA

16 Noyabr 2021 11:47 (UTC+04:00)

Ermənistanda daha 572 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 329 913 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 52 nəfər ölüb. Bununla da ölənlərin sayı 7 107-ə çatıb.