Mingəçevirin yol polisi rəisi işdən çıxmaq üçün nazirə raport yazıb

16 Noyabr 2021 10:10 (UTC+04:00)

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov vəzifəsindən azad edilməsi barədə Daxili işlər naziri, general -polkovnik Vilayət Eyvazova raport yazıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilir ki, polis mayorunun işdən azad olunması barədə hələlik əmr yoxdur.